adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Aprel 2017 21:54
2701
HADİSƏ
A- A+

Tovuzda qardaş qardaşı qətlə yetirdi

Tovuz rayonunda qardaş qardaşı tüfənglə gülləyərək qətlə yetirib.

Adalet.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun İbrahimhacılı kəndinə baş verib.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Sərxan Şaiq oğlu İsmayılov qardaşı, 2002-ci il təvəllüdlü İbrahim Şaiq oğlu İsmayılovun həyətdə olarkən 16 kalibirli ov tüfəngi ilə açdığı güllə ilə ölüb.

Mərhumun yaxınları ehtiyatsızlıq səbəbindən onun əlindəki tüfəngin açıldığını və güllənin qardaşına dəydiyini bildiriblər.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.