adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Aprel 2017 19:08
7053
ƏDƏBİYYAT
A- A+

“Ağıllı adam ideyaları demir, həyata keçirir”- 48 yaşlı Qulu Ağsəs

Bu gün tanınmış şair, publisist Azərbaycan Yazıçılar Birliyinin "ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin 48 yaşı tamam olur. 1969-cu ilin bu günündə Ağdamın Abdal Gülablı kəndində anadan olan Qulu Ağsəs bir çox media orqanlarında çalışıb. Azərbaycanın əməkdar jurnalistidir. "Sənsən hər yer”, "Nabran novellası”, "Nöqtələr” kitablarının müəllifidir.

Adalet.az xəbər verir ki, şair Moderator.azsaytına açıqlamasında yaxın gələcəkdə çapdan çıxması gözlənilən yeni kitabı barəsində də danışıb:

"Hazırda əllə yazılmış, əlyazma şəklində olan yazılarımı toplamaq istəyirəm. Fikrim ancaq həmin yazıları bir araya gətirməkdi. Çünki mən yalnız qələmlə yazıram və daha sonra özüm qələmlə də redaktə edirəm. Həmin kağızların oxunması qeyri-mümkündü. Gərək xüsusi vaxt ayırıb o yazılarla özüm məşğul olam. Elə hərflər var ki, onları ancaq özüm oxuya bilirəm. Allah qoysa, onların bir də üzünü köçürüb, kitablaşdıracam. Hələlik, yaradıcılıqla bağlı tək planım budur”.

Qulu Ağsəs baş redaktoru olduğu "Ulduz” jurnalından və onun qarşıdakı yeniliklərindən də bəhs edib:
"Ulduz” jurnalının aprel sayı bu gün çapdan çıxdı. AYB-nin Uşaq ədəbiyyatı seksiyası ilə birgə "Ən yaxşı uşaq şeiri” müsabiqəsi elan etmişik. Artıq müsabiqəyə şeir göndərmə mərhələsi başa çatıb. Türkiyəydən də məşhur uşaq yazarı bizim müsabiqəyə qoşulub. Tezliklə müsabiqənin nəticələrini elan edəcəyik.

"Araz”Marketlər Şəbəkəsi ilə ötən aydan müqavilə bağlamışıq. Jurnalın son sayından 40 nüsxə ora təqdim etmişik, hamısı da satılıb. Bundan sonra da davam edəcəyik. Şəbəkəmizi bir az da böyütmək istəyirik.

Əslində, layihələr çoxdu. Amma o haqda hələlik danışmaq istəmirəm. Reallaşanda sonra o haqda danışacağıq. Çünki əks halda mətbuatda başqaları bizim layihələri götürüb başqa formatda işləyirlər. Ümumiyyətlə, ağıllı adamlar ideyaları demir, həyata keçirir”.