adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Aprel 2017 18:36
4448
SİYASƏT
A- A+

Qalmaqal: Putinin varisinin adını kim çəkib...

Rusiyada ilk dəfə rəsmi vəzifə tutan şəxs-Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədrinin birinci müavini Frants Klintseviç prezident Vladimir Putinin varisinin adını çəkib.

Adalet.az xəbər verir ki, bu məsələ Putinin iştirak etdiyi toplantıda qaldırılıb. Putin tapşırıb ki, məsələ araşdırılsın və tədbir görülsün.

Böyük vətən müharibəsində qələbənin əldə edilməsinin ildönümünə hazırlıq üçün qurulmuş "Qələbə” təşkilat komitəsinin iclasında Əfqanıstan müharibəsi veteranları ictimai birliyinin rəhbəri Andrey Çepurnoy Putinə şikayətlənib ki, senator Klintseviç onların təşkilatını məhv etməyə, əmlakını ələ keçirməyə və veteranlar arasında parçalanma yaratmağa çalışır. Habelə prezidentin varisinin adını çəkir. Çepurnoy deyib ki, Klintseviç Putinin varisinin Dövlət Dumasının indiki spikeri Vyaçeslav Volodin olacağı haqda danışır.

Əfqanıstan veteranının bu çıxışına cavab olaraq Putin bildirib ki, dövlət başçısının varisini ancaq xalq seçə bilər. Özü də demokratik seçkilərlə. "Başqa heç kim”-Putin vurğulayıb. Prezident öz administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenkoya elə toplantıdaca tapşırıb ki, məsələni araşdırsın.

Vyaçeslav Volodin Prezident Administrasiyasının rəhbərinin müavini olub, daxili siyasəti kurasiya edib və ötən il Dövlət Dumasının spikeri seçilib.