adalet.az header logo
  • Bakı 16°C
20 Aprel 2017 18:18
5586
DÜNYA
A- A+

Türkiyədə bələdiyyə sədrinə sui-qəsd edilib

Türkiyənin Niğde əyalətinin Altunhisar rayon bələdiyyəsinin sədri, hakim Ədalət və İnkişaf Pariyasının üzvü Erdal Sarıya odlu silahdan atəş açılıb.

Adalet.az Report-a istinadən xəbər verir ki, bələdiyyə sədri qolundan yaralanıb.

Məlumata görə, silahlı hücum nəticəsində orta məktəb şagirdi olan 13 yaşlı Cəlil A. başından yaralanıb. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.

Atəş açan şəxsin tutulması istiqamətində əməliyyat keçirilir.