adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Aprel 2017 16:35
3774
MƏMLƏKƏT
A- A+

BDU-regional şöbəsindən məmnunluq

Qazax rayonundan redaksiyamıza məktub daxil olub. Məktubda bildirilir ki, rayonda həyata keçirilən quruculuq-abadlıq işləri təhsil sahəsndən də yan keçməyib. Belə ki, rayonda təhsilin inkişafına böyük diqqət və qayğı var. Bakı Dövlət Universitetinin Qazax rayon filialında da bu inkişaf daha qabarıq görsənir. BDU-nun Qazax filialının direktoru, professor Vüsət Əfəndiyevin rəhbərliyi altında həyata keçirilən işlər nəticəsində tələbələrin ölkəmizdə həyata keçirilən təhsil siyasətindən doğru-dürüst yararlanması üçün müasir standartlara cavab verən aiditoriyalar, kompyuter otaqları ilə təmin olunub. Universitetin müəllimi Qiymət Bağırova və digər müəllimlər V.Əfəndiyevin rəhbərliyi altında həyata keçirilən bu kimi işlərin tələbələr tərəfindən yüksək dəyərləndirildiyini, təhsil ocağının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, yeni tədris korpusları və yataqxanaların inşa edilməsi də daxil olmaqla, filialın regionda aparıcı təhsil müəssisəsinə çevrilməsini yüksək dəyərləndirirlər.