adalet.az header logo
  • Bakı 21°C
20 Aprel 2017 16:40
6031
SİYASƏT
A- A+

Obamanın qızı mərdimazarlıq elədi

ABŞ-ın Məxfi Xidmət əməkdaşları sabiq prezident Barak Obamanın 18 yaşlı qızı Maliya Obamanı təqib etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Adalet.az xəbər verir ki, bu barədə "New York Daily News” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bu keçmişdə Ağ ev ərazisinə daxil olmağa cəhd edən Nyu-Yorkun 30 yaşlı sakini Ceyra Nilton Kardosodur. Qəzet yazır ki, o, aprelin 10-da Maliyaya ona ərə getməsi üçün yalvarıb. Həmçinin daha əvvəl də Nyu-Yorkda sabiq prezidentin qızının təcrübə keçmək üçün getdiyi binaya daxil olub.

Məxfi Xidmətin əməkdaşları növbəti gün kişiylə söhbət etdikdən sonra onun psixi sağlamlıqla bağlı problemi olmasını ehtimal edərək ekspertizadan keçməsi üçün xəstəxanaya göndəriblər. Polis cinayət əməli törətməyən Kardosonun B.Obamanın qızını təqib etməsilə bağlı cinayət işi açmağa tərəddüd edir.