adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Aprel 2017 15:41
5410
DÜNYA
A- A+

Sankt-Peterburqda terror aktının sifarişçisi müəyyən edildi

Xüsusi xidmət orqanları tərəfindən Sankt-Peterburqda metroda törədilən terror aktının sifarişçisi müəyyən edilib.

Adalet.az RİA Novosti-yə istinadən xəbər verir ki bu barədə FTX-nin direktoru Aleksandr Bortnikov bəyan edib.

Sankt-Peterburq metrosunda partlayış aprelin 3-də baş verib. Partlayıcı qurğu metronun "Texnologiçeskiy institut” və "Sennaya ploşad” stansiyaları arasında işə salınıb. Daha sonra "Ploşad Vosstaniya” stansiyasında aşkar edilən bomba zərərsizləşdirilib.

İlkin məlumata görə, terror aktının icraçısı 22 yaşlı Qırğızıstan vətəndaşı Cəlilovdur. İstintaq hesab edir ki, məhz o, "Ploşad Vosstaniya” stansiyasında bomba qoyub, daha sonra isə özünü vaqonda partladıb.

Ümumilikdə, terror aktı ilə əlaqədar doqquz nəfər saxlanılıb. Çərşənbə axşamı iyun ayının 3-nə qədər Qırğızıstan vətəndaşı Abror Əzimova dair həbs qətimkan tədbiri seçib. İstintaq onu Sankt-Peterburq metrosunda baş verən hücumun təşkilatçısı hesab edir, istintaqın versiyasına görə, terrorçu-kamikadzeni o hazırlayıb.