adalet.az header logo
  • Bakı 7°C
20 Aprel 2017 15:10
6289
DÜNYA
A- A+

TÜRKLƏR QABAQ DÖYÜŞÜRDÜLƏR, İNDİ SÖYÜŞÜRLƏR

Yunanıstanın müdafiə naziri Panosun (nə sarsaq adı var, ə) uçduğu hərbi təyyarə Türkiyənin Eşşək adasına yaxınlaşıb və qardaş ölkənin hava sahəsinə girib. Türk hava nəzarətçiləri bildiriblər ki, siz Türkiyənin hava sərhədini pozursunuz, uçuş planınızı deyin. Yunanıstanın müdafiə naziri də təmiz türk dilində deyib ki, «ə, gedin s…» Türklər də eyni cavabı qaytarıblar.

Mollanın belə bir lətifəsi var və lətifəsi də türk qardaşlardan iraq. Soruşur ki, adam öləndə nə baş verir. Deyirlər ki, əli soyuyur, ayağı soyuyur, üzü soyuyur…

Molla gedir meşəyə odun qırmağa, hava da şaxtalıymış. Bir də görür ki, əlləri buz kimidi. Əlini vurur üzünə, görür ki, üzü də buz kimi. Ayaqlarını yoxlayır, ayaqları da buz kimi, deyir yəqin ölmüşəm, uzanır. Bu vaxt canavarlar gəlir başlayırlar eşşəyi yeməyə.

Molla başını qaldırıb deyir:

- Yeyin, yeyin, ölmüş kişinin eşşəyini yeyərlər.

İndi yunanlar da türklərin Eşşək adasını yemək istəyirlər. Əgər türklər Egedəki 18 ada kimi Eşşək adasını da yunanlara yedizdirsələr, onda elə Molla Nəsrddinin bu lətifəsi iraq olmur.

Tanrı Türkü qorusun! Əgər qoruya bilsə!