adalet.az header logo
  • Bakı 6°C
20 Aprel 2017 14:58
8703
SİYASƏT
A- A+

TÜRKİYƏNİN DÖVLƏT ADAMLARININ VƏ SİYASƏTÇİLƏRİNİN

başı qarışıb bir-birini söyməyə, təhqir etməyə, referenduma, İraqa, Suriyaya. Yunanıstan da qardaş ölkəyə məxsus 18 adanı işğal edib, bayrağını sancıb və oturub üstündə.

Tansu Çillər dönəmində yunanlar Kardak adasını işğal edib bayraqlarını sancmışdı və adaya əsgər çıxarmışdı. Tansu xanım da dedi ki, «o əsgər gedəcək, o bayraq yenəcək!». Heç üstündən 3-4 gün keçmədi Türkiyə necə bir güc nümayiş etdirdisə o əsgər də getdi, o bayraq da yendi.

Görən, indi Tansu xanım hardadı?!