adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Aprel 2017 14:53
3122
HADİSƏ
A- A+

BEYİNLƏRDƏKİ YOLLAR DÜZƏLMƏLİDİR

Həqiqətən son illər Türkiyədə çox gözəl yollar çəkilib,sayın Ərdoğanın sözü ilə desək, 17 min kilometrdən artıq bölünmüş yol. Amma ötən il Türkiyədə 437 min yol qəza hadisəsi olub. 7 min nəfər həlak olub, 300 min nəfər isə yaralanıb. Çox böyük rəqəmdi.

Azərbaycanda da son on ildə çəkilən yollar Avropa standartlarına cavab verir. Yəni yollar sürücü üçün çox təhlükəsizdi. Amma nə xeyri? Bizdə də çox qəzalar olur. Statistikaya girmirəm. Səbəb, beynimizdəki yollar düzəlməlidir. Nə qədər gözəl yol çəkirsən çək, sürücülük mədəniyyəti aşağıdırsa, qəza qaçılmazdır.

Bir türk yazarı bu qəzalarla bağlı qəribə bir fikir söyləmişdi. Deyir ki, dədə-babalarımız həmişə at belində olub, ata da «burrrr» eləyəndə dayanır. Biz hələ də avtomobilə at kimi baxırıq, «burrrr» edirik dayanmır.