adalet.az header logo
  • Bakı 7°C
20 Aprel 2017 11:50
12980
ƏDƏBİYYAT
A- A+

Həyatdan şikayət edirsinizsə, mütləq oxuyun!

"Gecənin ən qaranlıq anı, gün çıxmadan az əvvəlki andır.”

Ümidə ehtiyacımız var: ən qaranlıq anlarda belə onu qorumağa... Onu yaşatmağa, böyütməyə, paylaşmağa... Hər qaranlığın ardından aydınlıq gələr, hər gecənin ardından günəş doğar.

İnsan olmaq, biraz da bu ümidi qorumaqdır. Bunu xatırlamağın bəlkə də ən gözəl yollarından biri, bizə belə güclü, əzm və ilham verən yaşam hekayələrini oxumaqdır.


Elə isə başalayaq: Hekayəmizin qəhrəmanı 17 yaşında məktəbi buraxır.

Sonrasında, çox daha acı təcrübələr yaşadı: Əvvəl 25 yaşında anasını itirdi.


Ardından 26 yaşında isə uşaq düşürdü.


27 yaşına gəldikdə isə evləndi. Artıq həyatında yeni bir dövr açılmışdı...


Lakin qısa bir müddət sonra evliliyi alt-üst oldu...


Bütün bunlara baxmayaraq ilk uşağını dünyaya gətirdi. Bir qızı olmuşdu.


28 yaşında isə boşanmış və şiddətli depressiyadan əzab çəkən bir insan idi.


29 yaşında yalnız bir ana olaraq sosial yardımlar sayəsində dolanırdı.


30 yaşına gəldiyində isə dibə vurmuşdu; ümidsizdi və ciddi mənada intihar etməyi düşünürdü...


Bu andan etibarən, yaşadığı bütün duyğuları, sahib olduğu bütün həyat eşqini hər kəsdən gizlədiyi və inandığı tək bir iş üzərində topladı: Yazıçılıq!


Başlanğıcda saysız nəşr evi tərəfindən rədd edildi. 31 yaşında ikən, nəhayət ilk kitabı çap edildi.


35 yaşınada isə 4 kitabı işıq üzü görmüş və ilin yazıçısı seçilmişdi.


Yaxşı, sizcə bu adam kimdir?



Bu adam Harry Potter romanın müəllifi dünyaca məşhur ingilis yazıçısı Coan Roulinqdir.


Buna görə də hər vəziyyətdə, hər situasiyada ümidli olmalı və özümüzə güvənməliyik. İstəsək, biz də bacara bilərik, hansı şərtlər altında, hansı yaşda olursaq olaq hədəflərimizə ulaşa bilərik!