adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Aprel 2017 11:20
5068
DÜNYA
A- A+

İŞİD liderlərindən daha biri məhv edildi

İŞİD lideri Əbu Bəkr Bağdadinin köməkçilərindən daha biri öldürülüb.

Adalet.az xəbər verir ki, məlumatı İraq Federal Polis Təşkilatının başçısı Raid Şakir Cevdet yayıb.

Hadisə Bağdadinin Mosulun qərbində yerləşən qərargahına edilən hücum nəticəsində baş verib.

Bağdadinin sağ əli hesab olunan terrorçunun adı açıqlanmır.

Məlumata görə, hücum zamanı həmçinin İŞİD-in çox sayda üzvü öldürülüb.