adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
20 Aprel 2017 21:00
13397
ƏDƏBİYYAT
A- A+

Bakıda kitab festivalı keçiriləcək

23 Aprel Beynəlxalq Kitab Günü münasibətilə 451 Hərəkatı Bakıda "451 – BOOK FESTİVAL” adlı kitab festivalı keçirir.

Festival 23 Aprel saat 15.00-da ADO-nun binasında keçiriləcək.

Kitab festivalında tanınmış kitab mağazalarının, nəşriyyatların stendləri quraşdırılacaq. Dəvət olunan tanınmış yazıçılar isə oxucuların suallarını cavablayıb kitablarını imzalayacaqlar.

Bundan əlavə olaraq Azərbaycanda kitaba qarşı olan münasibəti installyasiya şəklində sərgidə görmək imkanınız olacaq.
Festival kiçik konsertlə başa çatacaq.


Festivalda iştirak edəcək yazıçılar:

Kamal Aken
Kənan Hacı
Orxan Bahadırsoy
Elxan Elatlı
Mirmehdi Ağaoğlu
Ayxan Ayvaz
Qismət Rüstəmov
Tural Şahtaxtinski
İsmayıl Rizvanoğlu
Ulucay Akif
Şəhriyar del Gerani
Cəlil Cavanşir


Qeyd edək ki, 451 Hərəkatı Kamal Aken tərəfindən yaradılmış, məqsədi ölkədə maarifçiliyin təbliğinə, mədəniyyət və incəsənətin inkişafına yönəlmiş bir hərəkatdır. Giriş sərbəstdir.


Əlaqə: +(994)70 621-90-91; +(994)51 658-87-89

Ünvan: ADO Theatre – Collective-nin binası. Mirzəağa Əliyev küçəsi 245. AFF Mall Ticarət Mərkəzinin yanı.
Sponsorlar: 451 Hərəkatı, ELİTAR Group, ELİTAR Academy, CNK Colleges, farfalla451