adalet.az header logo
  • Bakı 12°C
20 Aprel 2017 10:40
18399
KRİMİNAL
A- A+

Şirvanda silsilə oğurluq edən iki nəfər yaxalandı – VİDEO

Şirvanda silsilə oğurluq edən 2 gənc yaxalanıb. Məlum olub ki, oğrular evlərdən və obyektlərdən bir sıra əşyalar aparıblar. Tutulan şəxslərdən biri yetkinlik yaşına çatmayandır.

Adalet.az Xezerxeber.az-a istinadənməlumat verir ki, Şirvan Şəhər Polis Şöbəsinə daxil olmuş müraciətlər əsasında əməliyyat keçirilib. Şəhər sakinləri - 24 yaşlı İlham Dəmirov və bir yeniyetmə silsilə oğurluqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Məlum olub ki, oğrular evlərdən və obyektlərdən oğurluq ediblər.

Saxlanılan şəxslər əməllərini etiraf ediblər.

Polis oğurluq əşyaları maddi sübut kimi götürüb. Faktla bağlı polis şöbəsində araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

N