adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Aprel 2017 10:39
5256
SİYASƏT
A- A+

Erməni məmurları arasında silahlı çəkişmələr

Ararat vilayətində seçkilərdən sonra vəziyyət kəskin dəyişib. Vilayət rəhbəri ilə icma rəhbərlikləri, o cümlədən deputatlığa namizədlər arasında silahlı hesablaşmaların olacağı gözlənilir.

Adalet.az AzVision.az-a istinadən xəbər verir ki, bu proqnozu erməni KİV-ləri yayıb.

Vilayəti hökmranlığı altına almağa çalışan və hakimiyyət orqanları tərəfindən himayə edilən Qriqoryan qardaşları (Ararat vilayətinin rəhbəri Aramayis Qriqoryan və deputat Arayik Qriqoryan) seçkidən sonra onlarla işləməyən dövlət rəsmilərindən intiqam alırlar.

Hələ seçkidən öncə müəyyən siyasi qüvvələr və media orqanları iddia edirdi ki, vilayət rəhbəri Qriqoryan kifayət qədər tez-tez icma rəhbərlərini, xüsusilə Arqam Abrahamayana gizli dəstək olan şəxsləri öz ofisinə çağırır və qardaşı Arayik Qriqoryana dəstək vermələri üçün təhdid edirmiş.