adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Aprel 2017 10:07
15963
KRİMİNAL
A- A+

Zaqatala sakini intihar edib

Zaqatalada 51 yaşlı qadın intihar edib.

Adalet.az xəbər verir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Bəhmətli kənd sakini, 1966-cı il təvəllüdlü Adilə Bəkir qızı Muradova kəskin zəhərlənmə əlamətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinə zamanı məlum olub ki, uzun illərdi əsəb xəstəliyindən əziyyət çəkən 51 yaşlı Adilə Muradova intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib.

Həkimlərin səyinə baxmayaraq, Adilə Muradovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.