adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Aprel 2017 09:23
16109
İQTİSADİYYAT
A- A+

Neftin qiyməti artdı

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Bu barədə Adalet.az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Belə ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, London birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,40% artaraq bir barelə görə 53,14 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 0,28% bahalaşaraq 50,58 dollara satılıb.