adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Aprel 2017 22:29
4784
SAĞLAMLIQ
A- A+

Bu qidalar təzyiqi yüksəldir

Çox geniş yayılmış xəstəliklərdən bir də Hipertoniyadır.


Adalet.az xəbər verir ki, dünyada yaşayan insanların 60%-i hipertoniyadan - yüksək təzyiqdən əziyyət çəkir.

Hipertoniyadan əziyyət çəkən insanlar müəyyən müalicə ilə yanaşı həmçinin pəhriz saxlamalı, təzyiqin artmasına səbəb olan bəzi qidaları və içkiləri qidalanmada minimuma çatdırmalıdır. Bu halda təzyiqi normallaşdırmaq mümkün olacaq. Hipertoniya zamanı pəhriz müalicənin ayrılmaz tərkib hissəsidir.

Aşağıdakı qida və içkilər təzyiqin artmasına səbəb olur:

- duzlu, hisə verilmiş qidalar (balıq, ət və s.), müxtəlif şorabalar, konservlər

- kolbasa, sosis

- yağlı ət, qara ciyər, balıq, balıq yağı, kürü

- ədviyyatlar (qırmızı və qara istiot, mixək, xardal, qıtığotu)

- yağlı kremlərlə tortlar, pirojnalar, dondurma

- bulkalar, piroqlar və s. mayalı xəmirdən hazırlanmış şirin un məmulatları

- şirin qazlı içkilər (müxtəlif limonadlar, "kola", "fanta" və s.)

- şokolad

- göbələklər

- zeytun

- qəhvə, kakao, tünd qara və yaşıl çay

- yağlı xama, qaymaq, duzlu pendir

- qoz-fındıq

- spirtli içkilər.

Jenşen, eleuterokokk, dazı otu və s kimi otlar da təzyiqin qalxmasına səbəb olur.