adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Aprel 2017 21:54
4720
DÜNYA
A- A+

Peterburqdakı terror aktının təşkilatçısının qardaşı saxlanıldı

Moskva yaxınlığında Peterburq metrosunda törədilən terror aktının təşkilatçılarından bir Abror Əzimovun qardaşı saxlanılıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik xidmətindən bildiriblər.

Məlumata əsasən, araşdırma zamanı məlum olub ki, 1988-ci il təvəllüdlü Əkrəm Əzimov terror aktının hazırlanması zamanı pulların keçirilməsinə köməklik edib, eyni zamanda beynəlxalq terror təşkilatlarının emissarları ilə rabitə kanalının təşkilində iştirak edib.

Qeyd edək ki, Əkrəm Əzimovun kiçik qardaşı Abror aprelin 17-də Moskva vilayətinin Odintsovo rayonunda saxlanılıb.

Xatırladaq ki, Sankt Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Partlayış Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.