adalet.az header logo
  • Bakı 11°C
19 Aprel 2017 21:37
2964
HADİSƏ
A- A+

Qazax yolunda mikroavtobus aşdı, 7 nəfər yaralandı

Bakı-Qazax yolunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes Vita” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə 7 nəfər, 2 qadın, 5 kişi xəsarət alıb. Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına a yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)