adalet.az header logo
  • Bakı 20°C
19 Aprel 2017 21:30
2918
HADİSƏ
A- A+

Azərbaycanda bir gündə 40 nəfər həbs edilib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 93 cinayət faktı qeydə alınıb, onların da 25-i "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər tutulub.