adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Aprel 2017 21:24
4126
SİYASƏT
A- A+

Türkiyə müxalifətinə rədd cavabı verildi

Türkiyə Ali Seçki Komissiyası (YSK) aprelin 16-da keçirilən referendumun nəticələrinin ləğv edilməsi ilə bağlı müxalifət partiyaların müraciətinə baxıb.

Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gün YSY-da müraciət əsasında iclas keçirilib. Qərara alınıb ki, referendumun nəticələrinin ləğvi üçün edilmiş müraciətlər rədd edilsin.


Qeyd edək ki, Türkiyədə aprelin 16-da konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirilib. 51,33 faiz seçici dəyişikliklərin lehinə səs verib. Seçkinin nəticələrindən narazı qalan Cümhuriyyət Xalq Partiyası (CHP), HDP və Vətən partiyası Ali Seçki Komissiyasına müraciət edib.