adalet.az header logo
  • Bakı 16°C
19 Aprel 2017 18:33
10027
ELM VƏ TƏHSİL
A- A+

AzTU-da keçirilən Respublika Elmi-Praktiki konfransı yekunlaşdı

Azərbaycan Texniki Universitetində (AzTU) "Elektron imza İnformasiya Cəmiyyətinin (Elektron hökumətin) vacib atributudur: Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri” mövzusunda aprelin 18-də başlayan Respublika Elmi-Praktiki konfransı aprelin 19-da yekunlaşıb.

Bölmə iclasları qurtardıqdan sonra yekun toplantısı keçirən AzTU-nun rektor əvəzi Xalıq Yahudov "Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri» mövzusunda keçirilən konfransın əhəmiyyətini qeyd edərək bütün təşkilatçılara öz təşəkkürünü bildirib.

Daha sonra universitetin Elm və texnika üzrə prorektoru İlham Pirməmmədov konfransın uğurlarından danışaraq qeyd edib ki, 3 bölmə üzrə təşkil olunan konfransa 90 məqalə təqdim olunub. Prorektor bölmə iclaslarını izlədiyini bildirib və iclaslarda məruzələrin maraqla dinlənildiyini vurğulayıb.
Tədbirdə bölmə iclasları rəhbərlərinin hesabatları dinlənilib və müzakirə olunub.

Sonda Xalıq Yahudov konfransın uğurlu keçirilməsinə görə təşkilat komitəsinə bir daha öz təşəkkürünü bildirib və təşkilat komitəsi üzvlərinə sertifikatlar təqdim edilib.