adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Aprel 2017 18:02
2572
HADİSƏ
A- A+

Bakıda fəhlə 5-ci mərtəbədən yıxılaraq ölüb

Bakıda bina tikintisi zamanı fəhlə yıxılaraq ölüb.

Adalet.az "Report”-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, N.Tusi küçəsində qeydə alınıb.

Orada tikilməkdə olan binada fəhlə işləyən 1984-cü il təvəllüdlü Şəhriyar Əliyev binanın beşinci mərtəbəsindəki liftin şaxtasından yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, həmin bina "Amal” MTK tərəfindən inşa olunur.