adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Aprel 2017 16:22
5386
DÜNYA
A- A+

Yunanıstanda hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var

Yunanıstanın şimali-şərqində hərbi helikopter qəzaya uğrayıb, dörd hərbçi ölüb, bir nəfər xəstəxanaya yatırılıb. Üçgünlük matəm elan edilib.

Adalet.az xəbər verir ki, RİA Novosti-yə bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər.

Çərşənbə günü səhər quru qoşunlarının UH-1H helikopteri Larisadan Kozaniyə planlaşdırılmış uçuşu yerinə yetirmək üçün səmaya qalxıb. Helikopter Sarantapor rayonu yaxınlığında qəzaya uğrayıb. Axtarış-xilasetmə əməliyyatı zamanı dörd hərbçinin cəsədi tapılıb, onların kimliyi müəyyən edilib. Hərbçi qadın yaralanıb, o, xəstəxanaya yatırılıb, onun həyatı təhlükədə deyil, bu barədə baş qərargah məlumat yayıb.

Qəzanın səbəbləri araşdırılır.