adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Aprel 2017 13:10
4927
MƏMLƏKƏT
A- A+

Layihəyə start verildi

Şəhid ailələrinə, müharibəəlillərinə,ve­teran­larınaəhalinin həs­sas təbəqəsi hesab olunan in­sanlara qay­ğı göstərmək həm cəmiy­yətin, həm də dövlətin başlıca vəzifələ­rin­dən biridir!

Azərbay­can Respub­likası«Beynəlmiləlçi Əlil Döyüşçülər»Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə,18 aprel 2017-ci il–cı il tarixindən, 18 oktyabr 2017-ci il tarıxinə kimi"Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması”layi­hə­sinin icrasına başladı.

Layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki,Şəhid ailələrinə, müharibəəlillərinə,ve­teran­larınaəhalinin həs­sas təbəqəsi hesab olunan in­sanlara qay­ğı göstərmək həm cəmiy­yətin, həm də dövlətin başlıca vəzifələ­rin­dən biridir!

Həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuş ailələrin və sağlamlığlarını itirmiş müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarına və həmçininSəhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış Əfqanıstan,Qarabaqmüharibəsi əlillərinin, 20 yanvar əlillərinə və Çernobıl qəzasınınəlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliki və Əmək və Əhalinin Sosial MüdafiəsiNazirlikitərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.

"Şəhid ailələrinin və müharibə əlillərinin tibbi reabiltiasiyası və sosial müdafiəsi”haqqında Azərbaycan Respublikasının qanununa əsasən, sosial və tibbi köməyə ehtiyacı olan Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuş ailələrin, Əfqanstan, Qarabağ müharibəsi əlillərinin və Çernobıl qəzasınındasağlamlığlarını itirmişşəxslərintibbi reabilitasiyası və sosial müdafiəsi aidiyyatı dövlət idarələri tərəfindən təmin olunmalı və onlarınhər birinin sosial təminatını günü-gündən yaxşılaşdırılmalıdır.

Dövlət, hökumət orqanlarının, idarələrinin, təşkilatların rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində şəhid olmuş şəhid ailələlərinə, müharibə əlil və veteranlarına layiqincə xidmət göstərərək onları hökumətdən incik salmamalıdılar. Vəzifəli şəxslər hər bir vətəndaşı qəbul edərkən unutmamalıdır ki, torpaqlarımızın 20 faizi hələ də yadelli erməni işğalçılarının əsarəti altındadr. Qəbul etdikləri ailələrdə işğal olunmuş torpqlarımızın azad olunması üçün əskər, zabitlər, Mübariz İbrahimov, Murad Mirzəyev kimi yeni-yeni Milli Qəhramanlarımız böyüyür. Qeyd olan məmurlar, vəzifəli şəxslər xoşagəlməz rəftarları ilə onların vətənpvərlik ruhlarını və hisslərini sarsıdmamalıdırlar.

Ümüd edirik ki,"Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinnin həllinə dəstək mərkəzinin yaradılması”layihəsi sahəsində görüləcək işlər, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuşların ailələrinin, əlil olmuş şəxslərin və hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədi ilə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikasının Qanununa ictimai dəstək verərək öz xeyirli tövhəsini verəcəkdir.

Azərbaycan Respublikası
«Beynəlmiləlçi Əlil Döyüşçülər»Fondunun Mətbuat Xidməti

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu