Aqil ABBAS: OLMAYAN AĞDAM VƏ OLAN TOVUZ…

AQİL ABBAS
120459 | 2017-04-19 12:55

OlmayanAğdam «Qarabağ» komandasının arxasında dayandı,komandanı məhv olmaqdan qorudu, yaşatdı vəAvropa meydanlarına daşıdı. Təbii ki, xeyirxah insanların köməyi ilə. Olmayan Ağdamınicra başçısı Həsən Sarıyev bu komanda üçün olmazların olmazlarını elədi. «NNN bank»ın prezidenti Nazim Abdullayevin və «Əmrahbank»ın prezidenti Yusif İldırımzadənin böyük ürəkləri bu komanda ilə bir vurdu. Bugünki«Qarabağ» da göz qabağındadı.

Tovuzun«Turan» komandası birinci divizyonda çempion oldu və yüksək liqaya vəsiqə qazandı. Təbii ki, yüksək liqadaçıxış etmək üçün çox şərtlər var. Bütün bu şərtlərin başında da maliyyə durur. İndi mətbuatda komanda rəhbərlərinin ruh düşgünlüyünə rast gəlirəm. Doğrudan çox ağırdı, bir o qədər əziyyətçək, sonda zəhmətin puça getsin.

Tovuzdahəmişə futbol olub. Özü də yaxşı futbol olub. «Turan» hələ SSRİ dönəmində də Azərbaycanıngüclü komandalarından biri idi.

Həttabir dəfə futbolçular ağır yol qəzasına düşübhəlak oldular, amma «Turan» sınmadı, yenidən toparlandı, yenidən yaşıl meydanlardaöz sözünü dedi.

OlmayanAğdam «Qarabağ»ı saxlaya bildisə, doğrudanmı olan Tovuz «Turan»ı saxlaya bilməyəcək?!

Tovuzqərb bölgəsinin ən varlı rayonlarından biridi. Bu rayonu da, bu rayonun adamlarınıda çox yaxşı tanıyıram. Çoxlu da dostlarım var və özü də hamı sədaqətli dostlardı. Və Tovuz camaatı yaxşıyaşamağı da bacarır. Həm də qonaq-qara sevən camaatdı, çörəkli camaatdı. Təxminən30-35 il əvvəl bir qohumum Tovuzda orta birvəzifədə işləyib bir müddət. Hələ də Tovuz camaatı onun xətir-hörmətinisaxlayır, hələ də onun övladlarının təknəsində Tovuz camaatının da bir parça çörəyivar.


HəmSovet dönəmində, həm də elə indi Tovuzda çox imkanlı adamlar olub və olacaq. Həmin imkanlı adamlar bir yerəyığılmalıdı və «Turan»a dəstək olmalıdır. Bu işdə hörmətli millət vəkilimiz Qənirəxanımın çabalarını alqışlayıram.

Dünyadı,ola bilər ki, kimlərsə yaxalarını kənaraçəkə bilər. Onda da bir çıxış yoluvar.

«Turan»kluba çevrilməlidi. İnanın klubaçevrilsə minlərlə tovuzlu həmin klubaüzv olmaq istəyəcək; ən kasıbından tutmuş, ortabab yaşayanından varlısına qədər. Klub üzvlərinin üzvlük haqqıilə də «Turan»ı normal saxlamaq mümkündü.

«Varınverən utanmaz» deyə vaxtilə «Qarabağ»ı beləsaxlaya bilmişdik. Olmayan Ağdamın komandasını. İndi olan Tovuz doğrudanmı adınıAzərbaycan futbol tarixinə yazmış «Turan»ı saxlaya bilməyəcək? Klubunuzu yaradın,qardaşlar. Məmnuniyyətlə klubunuza üzv olaram. «Varın verən utanmaz» deyə köməyimi əsirgəmərəm, təki «Turan» yaşasın!

Əsgər Abdullayev,səni və komandanı ürəkdən təbrik edirəm. Ruhdan düşməyə dəyməz. Müsahibənizdən belə başadüşdüm ki, AFFA-nın bir əli üstünüzdə olub. İnşallah, inanıram ki, AFFA da o əli üstünüzdən çəkməz.

Deyəcəklər son zamanlarfutboldan çox yazırsan. Bir Pele Braziliyanı dünyaya tanıtdı, bir Maradona Argentinanı. İndibir Messi Argentinanı, bir Ronaldo Portuqaliyanı,bir Fateh Terim Türkiyəni dünyaya tanıdır. Fildişi adında ölkə tanıyırdız?!Amma bir Droqba onu dünyaya tanıtdı. Futbolhəm də sülh oyunudu, barış oyunudu.

ŞairŞahmar Əkbərzadə Pele haqqında necə deyir:

Həsədaparırdı ağıllı başlar,

Ağlıtopuğunda olan oğlana.

Məndə istəyirəm ölkəmiz bütün sahələrdə inkişafetdiyi kimi, futbolda da inkişaf eləsin.Əgər olimpiya oyunlarında qızıl medallar qazana biliriksə futbolda niyə qazanmayaq?

«Turan»auğurlar. Özü də komandanın adına bax ey,TURAN!

Birkimsəyə əyilməz turanlılarız,

Canımızla,kanımızla düşməni yıkarız!

Mərkəzi-xakəatsalar da bizi,

Kürreyi-ərzi partladar,çıkarız!


TƏQVİM / ARXİV