adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Aprel 2017 12:45
48442
ƏDƏBİYYAT
A- A+

Bir gecədə oxuyub bitirmək istəyəcəyiniz – 10 kitab

Bəzi kitabları oxumaq çox çətindir. Günlərcə oxuyub bitirə bilmərik. Bəzi kitablar isə bir nəfəsdə oxuna bilər və gözlənilənin əksinə çox-çox şey izah edərlər. Yaddaşımızda dərin izlər buraxarlar.

Bir gecə arxanıza söykənib oxuya biləcəyiniz, səhər qalxdığınızda kitabın damağınızda buraxdığı dadla günə tam fərqli davam edə biləcəyiniz kitabları sizin üçün bir araya gətirdik.

İstədiyiniz hər şeyə sahib olsanız belə, iç dünyanızda doldurulmayacaq boşluqlar varsa, məhz kitab oxumaq daxili dincliyi tapmaqda sizə kömək edəcək.

Əgər kitab seçimində qərarsızsınızsa, onda sizə bir gecədə oxuyub bitirəcəyiniz ən maraqlı 10 kitabı təqdim edirik:


"Heyvanıstan” - Corc Oruell


Bu siyahıda Corc Oruellsiz, xüsusilə də "Heyvanıstan" olmadan düşünülə bilməzdi. Oxuduğunuzda kitabın aktuallığını əsla itirmədiyini anlayacağınız, Napolyona baxıb bu anda bir çox adamı ona bənzədə biləcəyiniz mükəmməl zamansızlıqda bir kitab.


"Adəmdən əvvəl” – Cek London


Cek Londonu "Əcdadların harayı" ya da "Ağ Diş" ilə tanıdıqsa içində bir az da eşq olan bu gözəl romanını oxumadan əsla keçməyin. London yalnız vəhşilikdən və şiddətdən deyil eyni zamanda xəyallardan və macəradan da bəslənən bir yazar olduğunu xatırlatsın sizlərə.


"Qürur və qərəz”- Ceyn Ostin


Bu klassik, səmimi, əbədi bir əsərdir. Nə eşq hekayəsidir, nə də qadınlar üçündür. 19-cu əsrin Avropası, İngiltərədə baş verən hadisələrdən sonra müasir həyatınıza qayıtmaq istəməyəcəksiniz.


"Fırtına” -  Uilyam Şekspir


Yalnız romanlar ya da qısa hekayələr deyil pyeslər də oxunması çox vacib ədəbi növlərdəndir. Xüsusilə işə Şekspir qarışdımı artıq heç bir şey köhnəsi kimi olmaz. Bir adada həyatını davam etdirən Kalibanın yanına gələcək yeni dostlar, müstəmləkəçilik və qarışıqlıq üzərinə ləziz bir əsər. Oxumaq şərtdir!


"Omon Ra” - Viktor Pelevin


Bu hekayə sovet rejiminin Kosmosa gəmilərini göndərməsi və bu faktın həqiqətə uyğun olub olmamasından bəhs edir. Əsəri istər axırdan, istər ortadan, istər başdan oxumağa başlayın – hər bir halda bu əsəri bəyənəcəksiniz.



"Qaranlıqdır İnsanın Ruhu" – Edqar Alan Po


Edqar Allan Ponun hekayələrindən və sözlərindən ibarət olan bir Aforizmlər kitabı - "Qaranlıqdır İnsanın Ruhu". Ponun bu qısa əsərini bir gecədə bitirə bilərsiniz. Ancaq qaranlıqdan qorxursunuzsa, evin işıqlarının hamısını yandırın.


"Kolleksiyaçı” - Con Fovles


Tənha, dəyaz düşüncəli gənc oğlan heç gözləmədiyi anda lotereyada böyük məbləğdə pul qazanır. Kəpənək kolleksiyası toplamaqdan və qonşuluğunda yaşayan gözəl qızı sevməkdən başqa heç nə bacarmayan insan bu pulla nə edə bilər ki? Müəllif manyak və onun qurbanının qarşıdurması ilə yaxşılıq və pisliyin, sadə insan və dahi rəssamın, Sevgi, Gözəllik və Ölümün qarşıdurmasını götərir.


"Döyüş Klubu” - Çak Palanik


Yeraltı ədəbiyyatının Amerikadakı ən yaxşı nümayəndələrindən biri olan Çak bəyin qələmindən çıxan, hər kəsi özünə aşiq etməyi bacaran bir əsər. Bred Pitt və Edvard Norton ilə tanışlıqdan bəhs etmirik. Kitabın özünü oxuduğunuzda bütün daşlar yerlərinə oturacaq. Bəlkə 2 gecəyə bitrə bilərsiniz. Bəzi kitablar o qədər də tez bitməməlidir.


"Qoca və Dəniz" - Ernest Heminquey


Ernest Heminqueyin heç şübhəsiz ən qiymətli yazıçılardan biri olduğunun sübutu kimidir - "Qoca və Dəniz". Bu əsəri oxumayanlar çox şey itiriblər deməkdir. Elə bu gecədən əsəri götürüb oxuyun. Peşman olmayacaqsınız! Dünya ədəbiyyatının şedevrlərindəndir!


"Rita Heyvort və ya Şouşenkdən qaçış” - Stepen Kinq


Əgər nə vaxtsa öz daxili qüvvənizə şübhə etsəniz bu əsəri oxuyun. Əsər günahsız bir insanın ömürlük həbs cəzasına məhkum olmasından və buna baxmayaraq sınmamağından, dik durmağından bəhs edir.