ABŞ-da silahlı insident: 3 ölü, 1 yaralı
ABŞ-ın Kaliforniya ştatının Fresno qraflığında qaradərili şəxs odlu silahdan atəş açaraq üç nəfəri qətlə yetirib, bir nəfəri isə yaralayıb. Ölən və yaralanan şəxslərin hamısı ağdərilidirlər.
BBC-nin yaydığı məlumata görə, polis cinayət törədən Kori Ali Muhammadi saxlayıb. Qraflığın polis idarəsinin rəisi Cerri Dayer hadisəni törədən şəxsin 90 saniyə ərzində 16 dəfə atəş açdığını bildirib. O, Kori Ali Muhammadin bu cinayəti irqi nifrət zəminində törətdiyini ehtimal edib.
Cinayət törədən şəxsin atası oğlunun özünü ağdərililərlə qaradərililər arasında davam edən mübarizənin iştirakçı hesab etdiyini açıqlayıb. Bu hadisə ABŞ-da silahlara nəzarət edilməsi ilə bağlı müzakirələri daha da gücləndirib.
Digər Xəbərlər
23 Aprel 2024 11:07
Qazaxın Ermənistanda qalan kəndinin rəhbəri istefa verdi
23 Aprel 2024 10:46İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA
23 Aprel 2024 10:29Belqorodda ölənlərin sayı 120 nəfərə çatıb
23 Aprel 2024 09:57Blinken Çinə səfər edəcək
23 Aprel 2024 09:15