adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Aprel 2017 22:45
4698
SİYASƏT
A- A+

Rusiya-Türkiyə arasında gərgin görüşlər başlayır

Rus və türk nümayəndələr Moskvadakı toplantılarda qarşılıqlı iqtisadi məhdudiyyətlərin aradan qaldırılmasında həmfikirdir.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirliyi məlumat yayıb.

Rusiya Baş naziri Arkadi Dvorkoviçlə türkiyəli həmkarı Məhməd Şimşəkin görüşü barədə verilən açıqlamada tərəflərin ən qısa zamanda məhdudiyyətləri aradan qaldırmağı planlaşdırdığı bildirilib.

Görüşdə Rusiya Energetika naziri Aleksandr Novakla Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybekçinin də iştirak etdiyi vurğulanıb:

"İki həftə boyunca tərəflər arasında gərgin görüşlər keçiriləcək”.