Bakıda qadın 3-cü həyat yoldaşını bıçaqladı - Video
Paytaxtın Xəzər rayonunda ailə münaqişəsi bıçaqlanma ilə bitib.
Adalet.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 43 yaşlı Qurban Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Yaralı əməliyyat edilib. Həkimlər bir bıçaq xəsarəti olan Qurban Məmmədovun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Araşdırmalar zamanı məlum olub ki, Qurban Məmmədovu həyat yoldaşı bıçaqlayıb. Ərlə-arvad arasında mübahisəyə səbəb isə uşaq olub.
Belə ki, Qurban Məmmədov azyaşlı uşağını döyüb. Buna əsəbləşən ana əlini bıçağa ataraq ərinə bir zərbə endirib. Hadisəni törətməkdə şübhəli bilinən qadın Qurban Məmmədovun 3-cü həyat yoldaşıdır. Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
19 Aprel 2024 11:02
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
19 Aprel 2024 10:10Sumqayıtda ər-arvad qətlə yetirildi: 24 yaşlı oğulları... - YENİLƏNİB
19 Aprel 2024 09:36Xankəndidə silah-sursat aşkarlandı
19 Aprel 2024 09:25Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı
18 Aprel 2024 18:19