adalet.az header logo
  • Bakı 21°C
18 Aprel 2017 19:44
17512
MARAQLI
A- A+

Azərbaycandan əcnəbilərə neçə uşaq övladlığa verilib?

2017-ci ilin ilk üç ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən bir uşaq övladlığa götürülüb.

Adalet.az xəbər verir ki, bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 2008-ci il təvəllüdlü oğlan uşağı Türkiyə vətəndaşı tərəfindən övladlığa götürülüb.

S. Məmmədov qeyd edib ki, uşaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsasında övladlığa verilib.