adalet.az header logo
  • Bakı 18°C
18 Aprel 2017 16:36
4354
DÜNYA
A- A+

Türkiyədə qəzaya uğrayan vertolyotdan xəbər var - YENİLƏNİB

Türkiyənin Tunceli vilayətində qəzaya uğrayan vertolyotun koordinatları məlum olub.

Adalet.az-ın məlumatına görə, ekipaj üzvlərindən biri "112 - təcili xilasetmə mərkəzi"nə zəng edərək yaralıların olduğunu bildirib.

***

Türkiyənin cənub-şərqində Tunceli vilayətində vertolyot qəzaya uğrayıb.

Adalet.az-ın məlumatına görə, vertolyotda 12 nəfər olub, onlardan 7-si polis, biri hakim, biri hərbi qulluqçu, 3-ü isə ekipaj üzvü olub.

Qəzaya ilkin səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.