adalet.az header logo
  • Bakı 7°C
18 Aprel 2017 21:24
30527
MƏDƏNİYYƏT
A- A+

Unudulmaz Con Lennon

Dağınıq, dalğalı saçları və yup-yumru eynəkləri ilə yaddaşlarda qalan, bir əfsanə idi - Con Lennon. Bitliz qrupunun qurucularından, mahnıları qədər yazdıqları, şüarları ilə də diqqət çəkdi. Öldürüldüyündən sonra ABŞ təhlüksəzilik təşkilatı FBI-də ona aid yüzlərlə sənəd vardı.

Pərəstişkarları "Görəsən indi nə edəcək?" deyə gözləyərkən barış mesajları milyonlarla insana çatdı, mahnıları dillərdən düşmədi. Biz də bir dövrə damğasını vuran amma elədikləri ilə bir dövrlə məhdud qalmayan bu böyük adamı tanıyaq, xatırlayaq istədik. Huzurlarınızda Con Lennon ...

Con Lennon, 9 oktyabr 1940-cı ildə İngiltərənin liman şəhəri Liverpulda anadan olub. Anası Julia işçi, atası Alfred dənizçiydi. Cütlük, oğulları iki yaşındaykən boşandıqdan sonra Con xalası Marigildə yaşamağa başlayır.


Uşaqlığı

Xalası Conu öz uşağı kimi böyüdür, amma avtoritar rejimlə Lennonu bəzən incidirdi. Buna görə Lennonun uşaqlığı xalasına müqavimət göstərərək keçir...

Con atasını 20 yaşına qədər cəmi iki dəfə görür. Anasını da məktəb illərində tanıyır. Həyat Lennona zərbə vurmaqda davam edirdi. Anasını hələ 17 yaşında ikən yol qəzasında itirir.

Lennon uşaqlığından musiqiyə həvəsi vardı. Xalası ona 15 yaşında ikən ilk qitarasını alır. Üstəlik qısa vaxtda sıxılacağını umaraq və qitara çalaraq həyatını boşa keçirdiyini deyərək.

Ancaq xalasının umduğu olmadı. Lennon musiqi sevgisində yeni tanıdığı anasının rockn roll sevdasının və Elvis heyranlığının təsiri böyük idi.

Lennon uşaq vaxtı məktəbi sevmirdi. Çox ağıllı olmasına baxmıyaraq ən yaxşı şagirdlərin sırasından ən pislərin sırasına düşmüşdü. Lakin məktəbdə öz daxili incəsənət sevgisini və bacarığını üzə çıxarırdı. O məktəb xorunda oxuyub və məktəb jurnalını buraxırdı. Həmin illər Alisa möcüzələr diyarında kitabını oxuyurdu.


Böyük qrup

1950-ci illərin ortaları Bill Heylinin "Rock Around the Clock” mahnısı işıq üzü gördükdən sonra Liverpulda rockn roll populyarlıq qazanmağa başlayır. Ronni Doneqanın "Rock Island Line” mahnısı isə skifl janrına həyat verdi. Bu janr tez bir zamanda ingiltərə gəncləri arasında məşhurluq qazandı. Çünki onu ifa etmək üçün müsiqini mükəmməl bilmək gərəkmirdi. Buna görədə 50-ci illərdə ingiltərədə çox gənc skifl qrupları yaranmışdı. Rock and rollsa əsl popularlığı ABŞ-da Elvis Preslinin peydə olması ilə qazandı. Yeni yaranan dalğa Lennondan da yan keçmədi. 1956-cı ildə o məktəb yoldaşları ilə oxuduqları məktəbə adını həsr edən "The Quarrymen" qrupunu qurur…

Lennon özü gitarada ifa edirdi. Dostlarının, yəni Pol Makkartni, Corc Harrison, Rinqo Star qrupa gəlməsi ilə "The Beatles”-ın əsası qoyulur. 1959-cu ildə qrupun adı dəyişərək öncə "Silver Beetles", ondan sonra isə "The Beatles” olur. Bununla da dünya sülhü, bərabərliyi əsas tutan, musiqi siyahılarında aylarla ilk sırada olan 4 gənci tanıyır. Bir-birini tələbəlik illərindən tanıyan bu "dördlük” musiqi ilə çılğınlıq etmək istəyirdilər. Rok musiqisi dəyişkənliyi və dinamikanı sevdiyindən "Beatles” qrupunu yaratmaqla qısa vaxtda milyonlarla fanat ordusu qazana bildilər. Mahnılarında ictimai duruma qarşı etiraz, insanların mənəvi azadlığı uğrunda ehtiraslı çağırışları ilə diqqəti çəkən "Beatles” 60-ci illərdə 1 milyondan çox diski satılan qrup kimi məşhurlaşır. Lakin çox keçmir ki, 1970-ci ildə qrup üzvləri dünyanı heyrət içində buraxacaq qərar qəbul edirlər. Mətbuat "Beatles” üzvlərinin ayrılması xəbərini yayır. Sonradan Con Lenon qrupun dağılmasının səbəbi haqda mətbuata açıqlamasında qeyd edir: "Biz bu dünyada nələrisə dəyişməyi arzulayırdıq. Amma hər şey olduğu kimi qaldı. Afrikada silah satılır, "qaraları” küçədə öldürürlər, insanlar kasıbçılıq çəkir. Mən daha Beatles barəsindəki əfsanəyə inanmıram”. Bundan sonra qrup bir daha birləşmir.

1964-1966-cı illərdə "Beatles” çox məhşur idi. İldə iki albom buraxan qrup ardıcıl olaraq, "Help!” (Yardım!) və "A Hard Days’ Night” (Çətin günün axşamı) adlı filmlərdə çəkildilər.

1966-cı ildə Londonun "Evening Standart” qəzetinə müsahibəsində Lennon ehtiyatsız bir ifadə işlədir: "Xristianlıq gedəcək. O, itəcək və quruyacaq. Mübahisə etməyə ehtiyac yoxdur, gələcək bunu sübut edəcək. Hazırda biz İsadan daha məhşuruq. Mən bilirəm ki, hansı daha tez yoxa çıxacaq – rok-n-rol və ya İsa. İsa pis deyildi, lakin onun davamçıları küt və adi idilər. Məhz onların bu təhrifi məndəki xristinalığı boğur”.


Con Lennon və Yoko Ono

Həmin zamanlada bu sitata fikir verilmədi, lakin üzərindən 5 ay keçəndən sonra amerikan jurnalı "Databook” özünün üz qabığında həmin sitatı çıxarış edərək "Bitlz İsadan daha məhşurdur” sözünü yerləşdirməklə qalmaqal başladı. Dindarlığı ilə tanınan ölkənin cənub hissəsində qrupun plastinkaları yandırılmağa başladı, onların musiqilərinin səsləndirilməsi radiolarda dayandırıldı. Hətta, Vatikan da bu məsələyə qarışdı (yeri gəlmişkən, Vatikan 2008-ci ildə musiqiçini buna görə bağışladı). Lennona qarşı təhdidlər başladı. Memfisdə olarkən "Beatles”ın qaldığı otağa kimsə zəng edərək konsert zamanı onu öldürəcəyini də demişdi. Bundan sonra qrup açıq konsertlər vermədi.

1968-ci ildə Timoti Lirinin "Psixodelik təcrübə” kitabından təsirlənən Lennon narkotikə qurşandı. Qrupda liderliyi öz üzərinə Pol Makkarti götürdü.

Bu illərdə Lennon fəlsəfi "Strawberry Fields Forever” və "Across the Universe”, psixodelik "I Am the Walrus” və "Lucy in the Sky with Diamonds”, bədbin A Day in the Life” və xudbin "All You Need is Love” iflarını bəstələdi ki, onlar sonradan hippilərin hinminə çevrildi.

1969-cu ildə ikinci dəfə Yoko Ono ilə ailə həyatı quran Con Lennon bunun şərəfinə 1969-cu ildə "The Ballad of John and Yoko” ifasını bəstələdi.

1968-ci ildə qrup tamamilə dağıldı. Bunun səbəblərini uzun-uzadı yazmaq fikrim yoxdur, lakin bu sözlər qrupun dağılmasından sonra daima yaddaşlarda qaldı: "Biz bu dünyada nələrisə dəyişməyi arzulayırdıq… lakin, hər şey olduğu kimi qaldı. Əvvəlki kimi Cənubi Afrikada silah satılır, qaraları isə küçədə öldürürlər. Əvvəl kimi insanlar kasıbçılıq çəkirlər, üstlərindən siçanlar qaçır. Yalnız bir dəstə avaralar Londonda dəbli cındırlarda gəzirlər. Mən daha Bitlz barəsindəki əfsanəyə inanmıram”.

Bundan sonrakı illərdə həyatında vəziyyəti pisləşməyə doğru gedən Lennonun ömrünün sonuna 5 il qalmış dünyaya daha bir övladı gəlir və o qərar verir ki, bundan sonrakı ömrünü övladına həsr edəcək.


Qatili Çapman ondan imza alarkən...

8 dekabr 1980-ci ildə Con amerikalı jurnalistə özünün son müsahibəsini verərək evinə qayıdarkən həmin gün ondan imza almış Mark Çepmen evinin qarşısında onun bel nahiyyəsinə 5 atəş açdı, onlardan 4-ü öz hədəfini tapdı. Dərhal xəstəxanaya çatdırılmasına baxmayaraq, çoxlu qan itkisindən Con Lennon həyatını itirdi. Nyu Yorkda yandırılan Lennonun külü Yoko Onoya təhvil verildi. 2000-ci ildə Yoko Ono Conun qatilinin əhv olunması üçün məktub göndərdi.



1984-cü ildə "Milk and Honey” adlı son albom işıq üzü gördü. Burada Lennonun həyatının son illərində hazırladığı ifalar yer alırdı. "Imagine" mahnısı isə çox bəşəridir:


Xəyal et
Xəyal et cənnətin olmadığını
Cəhd etsən bu çox asanddı

Altımızda yox cəhənnəm

Üstümüzdə yalnız səma
Xəyal et bütün insanların bu gün üçün yaşadığını
Xəyal et ölkələr yoxdur
Bunu etmək o qədər çətin deyil
Uğruna öləcək və ya öldürülücək bir şey yoxdur
Və xəyal et ki, din də yoxdur
Xəyal et bütün insanların
Sülh içində yaşadığını
Mənə bir xəyalpərəst deyə bilərsən
Amma mən tək deyiləm
Ümid edirəm bir gün sən də bizə qatılarsan
Və dünya tək bədən yaşar
Xəyal et mal-mülk yoxdur
Bunu edə bilərsənmi maraqlıdır
Aclığa və ac gözlülüyə ehtiyac yoxdur
İnsanların qardaşlığı
Xəyal et bütün insanların
Dünyanı paylaşdığını
Mənə bir xəyalpərəst deyə bilərsən
Amma mən tək deyiləm
Ümid edirəm bir gün sən də bizə qatılarsan
Və dünya tək bədən yaşar.

Con Lennonon heç zaman unudulmayacaq. Unudulduğu təqdirdə, bu artıq insanlığın sonu anlamına gələcək. Lennon kimi adamlar tarixdən silinməyəcək...