adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Aprel 2017 14:05
9145
ELM VƏ TƏHSİL
A- A+

BANM və Heriot-Vatt Universiteti arasında birgə magistr proqramı

Bakı Ali Neft Məktəbi (BANM) Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə birgə "Neft-qaz mühəndisliyi” ixtisasının "Yatağın qiymətləndirilməsi və idarə olunması” ixtisaslaşması, "Kimya mühəndisliyi” ixtisasının isə "Neft və qaz texnologiyası” ixtisaslaşması üzrə magistratura səviyyəsinə 2017/2018-ci tədris ili qəbul elan edib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin qəbulla bağlı keçirəcəyi müsabiqədə BANM-in müvafiq ixtisaslarının məzunları, digər ali məktəblərdə müvafiq ixtisaslar üzrə ingilis dilində təhsil almış bakalavrlar və xarici ölkələrin universitetlərinin müvafiq ixtisaslarını bitirmiş mütəxəssislər iştirak edə bilərlər.

Dövlət İmtahan Mərkəzinin Ali Məktəbdə sözügedən ixtisas üzrə bakalavriat səviyyəsində tədris edilən peşə və ixtisas fənlərinin məzmunu əsasında tərtib olunmuş proqram üzrə təşkil edəcəyi test imtahanlarının nəticəsi əsasında ixtisaslara ümumi 21 bakalavrın qəbulu nəzərdə tutulub.

Təhsil İngilis dilində aparılacaq, magistr dərəcəsi alan məzunlara Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin diplomları veriləcək. Təhsil ödənişsiz əsaslarla dövlət sifarişi çərçivəsində həyata keçiriləcək. Təhsil müddəti 1,5 ildir.