adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Aprel 2017 13:49
5099
İDMAN
A- A+

“Sumqayıt” klubu və futbolçuları 4000 manat məbləğində cərimələnib

Futbolçu Nicat Muxtarov hakimlər briqadasını təhqir edib.

AFFA İntizam Komitəsi "Sumqayıt” klubunu 4000 manat cərimələyib.

Adalet.az Report-a istinadən xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu komandanın futbolçularının "Zirə” ilə Azərbaycan Premyer Liqasının XXVI tur matçındakı davranışları səbəb olub.

Klub 5 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar 800 manat ziyana düşüb. Oyun başa çatdıqdan sonra isə yarımmüdafiəçiNicat Muxtarovhakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb, "Sumqayıt” isə 3200 manat cərimə olunub.

Qeyd edək ki, 1:1 hesablı heç-heçə ilə nəticələnən görüşü FİFA referisiƏliyar Ağayevidarə edib.