O UŞAĞI XİLAS EDƏK…

FAİQ QİSMƏTOĞLU
61653 | 2017-04-18 13:22

Bizim qonşuluqda bir uşaqvar – İbrahim Eldar oğlu Allahverdiyev. O, 26 aprel 2007-ci ildə Masallı rayonununTəzəkənd kəndində anadan olub. Sonradan onlar Bakıya köçüblər və indi bizimlə qonşudular.Daha doğru desək, Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin «D» massivindəki13 nömrəli binanın 17-ci mənzilində yaşayırlar.

Onları çətin gündə atalarıatıb gedib. İndi bu uşağa və onun anasına himayəni qızın atası və anasıgöstərir. Yəni onların hansı çətinliyi, sıxıntısı varsa, baba və nənənin köməkliyinəticəsində aradan qaldırılır. Uşağın anası Elnurə Əhməd qızı Əliyeva isə çətinliklədə olsa iki övladını böyüdə bilib və onlara çox yaxşı tərbiyə verib.

Ötən ilin yayında o uşaqmənimlə birlikdə qonşuluğumuzdakı stadiona gedib və orda idman edirdi. Bu uşağıncəldliyi, zəhmətsevərliyi məni heyrətləndirirdi. İdman elədikdən sonra həyətə gəlibvə tay-tuşlarıyla oynayırdı. Yaşlı adamlar yaxınlıqdakı mağazadan bir şey almaqda çətinlik çəkəndə o dəqiqə İbrahimiçağırırdı. Və İbrahim də başını aşağı salıb qaça-qaça gedir, mağazadan nəsə alıbvə gətirib o yaşlı adama verirdi.

Uşağın istiqanlılığı, zəhmətkeşliyiqonşuluqda hamımızı sevindirirdi. Bir gün də eşitdik ki, İbrahim Allahverdiyev möhkəmxəstələnib. Babası və anası onu əvvəl İrana apardılar. Orda da müayinə edib diaqnozqoyublar ki, uşaqda qan xərçəng xəstəliyi var. Yəni onun xəstəliyinin adı bir qədərdə dəqiq desək, leykozdur. Onun bir müddət İranda müalicə elətdiriblər. Ancaq imkanlarıolmadığına görə yenidən Bakıya qayıdıblar.

Bakıdakı Onkoloji Mərkəzdəbir müddət müalicə götürüb. İndi isə ev şəraitində müalicə alır. Valideyninin dediyinəgörə, ən azından həftədə 200 manat pul lazımdır ki, onun qanı dəyişdirilsin və lazımidərmanlar qəbul eləsin. Təbii ki, imkansız ailə də bu vəsaiti tapmaqda çətinlikçəkir.

Onlar uşağın ağır durumuilə əlaqədar olaraq «Palmali» şirkətininprezidenti Mübariz Məsimova müraciət ediblər. Uşağın anası Elnurə xanım deyir ki,Mübariz müəllimi bizim Lənkəran zonasında çox xeyirxah və gözəl insan kimi tanıyırlar.Neçə-neçə ağır xəstəliyə düçar olmuş insan göydə Allahın və yerdə onun köməkliyinəticəsində həyata qayıdıb. Mənim oğlum İbrahim də gözümün qarşısında günbəgün solur.Allah heç bir anaya belə bir dərd qismət eləməsin. Dərdi verən Allah yəqin onunəlacını da tapır. Bizim də ümidimiz bayaq dediym kimi, Mübarizə Məsimovadır. Ümumiyyətlə,ölkəmizdə xeyirxah və əməli-saleh insanlar çoxdur. Elə onlara da müraciət edərəkdemək istəyirəm ki, mənim oğlum İbrahim Allahverdiyev çox ağır durumdadır. Kim onakömək eləsə, Allah da onu sevindirsin.

Təbii ki, insanlar bir-birinəəl tutanda, arxa duranda bu Allahın da çox xoşuna gəlir. Biz də gərək bir-birimizidarda və çətinlikdə qoymayaq. Bu balaca İbrahimin ötən yaydakı çevikliyi, stadiondaqaçmağı, uşaqlarla oynamağı yadıma düşəndə istər-istəməz kövrəlirəm və Allah-Təaladanbu uşağa şəfa diləyirəm. İbrahim Allahverdiyevin ünvanını yuxarıda göstərimşik.İndi isə onların əlaqə telefonlarını bildiririk: (012) 477-50-64; (051)559-75-98.

Hər birimiz imkanımız daxilindəbu uşağa kömək etsək bəlkə də onu ölümün pəncəsindən ala bilərik. Təki bir balaca ürəyimizdə təpər olsun, sevgi olsun və biz dəbu uşağa kömək əlimizi uzada bilək. Əgər kimsə bu addımı atarsa, imkansız və kasıbailənin böyük sevincinə səbəb olar!..

***

Elanlar

Əhmədov Qurbanəli Səyadoğlunun adına Bakı şəhəri, Bakıxanov qəsəbəsi 4090/94-cü məhəllə, ev 2/10 ünvanınınHDQHDƏDR çıxarış itdiyi üçün etibarsız sayılır.

***

Məmmədova Gülbəniz Həbibqızının adına Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 510-cu məhəllə, ev15 A, mənzil 29 ünvanının HDQHDƏDR çıxarışı itdiyi üçün etibarsız sayılır.

***

Azərbaycan Respublikasıvətəndaşı Öztürk Ofeliya Qurban qızına məxsus Azərbaycan Respublikası Prezidentiİşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş 21 may 2003-cüil tarixli və 28 saylı, vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqındaƏmrdən Çıxarış və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 20 avqust 1999-cu il№096 saylı vətəndaş Öztürk Ofelya Qurban qızına həyətyanı torpaq sahəsi ayrılmasıhaqqında sərəncam itdiyi üçün etibarsız sayılır.

***

Azərbaycan Respublikasıvətəndaşı Cəfərova Səbinə Eldar qızına məxsus Azərbaycan Respublikası Prezidentiİşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş 21 may 2003-cüil tarixli və 28 saylı, vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqındaƏmrdən Çıxarış və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 20 avqust 1999-cu il№096 saylı vətəndaş Cəfərova Səbinə Eldar qızına həyətyanı torpaq sahəsi ayrılmasıhaqqında sərəncam itdiyi üçün etibarsız sayılır.

***

Azərbaycan Respublikasıvətəndaşı Fətəliyev Yavər Ağababa oğluna məxsus Azərbaycan Respublikası Prezidentiİşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş 21 may 2003-cüil tarixli və 28 saylı, vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqındaƏmrdən Çıxarış və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 20 avqust 1999-cu il№096 saylı vətəndaş Fətəliyev Yavər Ağababa oğluna həyətyanı torpaq sahəsi ayrılmasıhaqqında sərəncam itdiyi üçün etibarsız sayılır.

Faiq QİSMƏTOĞLU

TƏQVİM / ARXİV