Yayın qızmargünlərindən birini yaşayırdıq. İstidən nəfəs ala bilmir, tez-tez ürəyimiztıncıxırdı. Dənizlə şəhərdə ac-yalavac dolaşırdıq. Tanışlığımızın ilk günləriidi. İkimizdə işsiz-gücsüz, beş qəpiksiz gəzişirdik. Başımıza döyən istidənuzaqlaşmaq üçün küknar ağaclarının kölgəsinə çəkilirdik. Gəzməyə heyimizqalmırdı. Dəniz dəsmalını çıxardır, alnımdan gözlərimə süzülən tər damlalarınısilir, üzümə baxıb gülümsünürdü. Öz-özümə deyinirdim ki, yekə adamsan, cibində5 manatıın yoxdu ki, qıza bir dondurma alasan.
Kasıbçılığındibini yaşadığımız günlər idi. Hələ bir də aylardan qızmar avqust. Ətrafabaxdım. Parkın skamyaları boş görünürdü. Dəniz dilləndi:
- Yəqinadamlar dənizə, çimməyə gediblər.
Bu an, qəfilaçılan güllə kimi ağlıma bir ideya gəldi. Şəhərin canına düşüb adamlardan birmanat istəyəcəkdik. Deyəcəkdik ki, biz dilənçi deyilik, evlənirik, toya pulyığırıq. Dəniz dediklərimlə razılaşdı. İkimizin də xəyalında sərin bir pivə,çimərlik, dondurma canlanırdı...
Günortayayaxın külək başladı. Hava sərinlədi. Ayaqlanıb, düşdük şəhərin canına...
İlkyaxınlaşdığımız gənc bir oğlan oldu.
- Salam, biz dilənçi deyilik, sizin kimi sadəinsanlarıq, evlənirik, insanlardan 1 manat yığırıq. Bizə kömək edə bilərsiniz?
- Əlbəttə. Xoşbəxt olun!
Pulu alandansonra özümüzə güvənimiz daha da artmağa başladı. Adamları ciddi-cəhdlə seçirdik.Hər yoldan keçənə yaxınlaşmırdıq. Camaatın içindən seçdiyimiz adamları diqqətləizləyir, daha sonra yaxınlaşırdıq.
Artıq cibimizdə5 manat vardı. Susuzluqdan dodaqlarımız bir-birinə yapışmışdı. Yaxınlıqdakı köşkdənbuz kimi "Hell” aldıq. Acgözlüklə içdik. Dincimizi aldıqdan sonra ayaqlandıq.
Hər dəfəeyni küçədə olmurduq. Tez-tez məkanları dəyişirdik ki, şübhə çəkməyək. Tarqovıdaqabaqdan özündən razı bir ədayla, smokinq geyinmiş, orta yaşlı bir adam diqqətimiziçəkdi. Düşündüm, bu adamda pul çox olar. Yaxınlaşdıq. Tutuquşu kimi eyni sözləritəkrarladım. Smokinqli adam ağız-burun əyib əlini cibindən çıxartmadı.
- Gedin işləyin. Guya 1 manatla nə düzələcək?
- İşləyirik, ancaq pulumuz yeməyimizə gedirancaq...
Smokinqliadam sifətini turşuda-turşuda getdi. "Eybi yox, hər adam pul verəsi deyil ki...”– deyə Dənizə ürək-dirək verdim. Başqa adamlara da yaxınlaşırdıq. Kimisi 50 qəpik,kimisi də 2 manat verirdi.
Kefimiz kökgəzirdik. Külək saçlarımızı darayırdı. Gözlərimiz daha parlaq görürdü. Dəniz qəfilyanımdan keçən qadına tərəf çevrilib dilləndi:
- Biz evlənirik, insanlardan 1 manat yığırıq...
- Nə gözəl, mənim yoldaşımın şadlıq sarayı var. Sizəkömək edə bilərik. Nömrənizi verin mənə...
Dəniz bu an həyəcanlandı. Araya mən girdim:
- Yox, xanım ehtiyac yoxdu, biz sadəcə...
- Utanmayın bala, neyləyəsən kasıbçılıqdı da...
Təşəkküredib, aradan əkildik. Sahil bağına çatdıq. Yazıçılar Birliyi tərəfdən kepkalıbir adam diqqətimi çəkdi. Əlində çantası da vardı. Düşünmədən yaxınlaşdıq.Gözündəki eynəyi çıxardıb təbəssümlə cibindən 10 manat çıxardı. Gözlərim kəlləməçıxdı. Sevincək götürüb, minnətdarlıq bildirdik.
Boşskamyaların birində oturub pullarımızı saydıq. 32 manat, 50 qəpiyimiz vardı.
- Hazırlaşaxşamüstü dənizə gedirik. – qalib ədasıyla dilləndim.
Dəniz "urra”deyib məni qucaqladı.
Adrenalindolu günü arxada qoymuşduq. Əslində bu işi pula görə yox, əyləncə, maraq naminəetmişdik. İsti günlərimizə rəng qatmışdıq.
Metroyaçatmamış Dənizlə hərəmizə bir dənə dondurma aldıq. Üz-gözümüz dondurmayabulaşdı. Elə bil üzümüzdə göyqurşağı çıxmışdı.