adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Aprel 2017 12:43
7328
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir

Daşa çırpıram özümü
Ağrımır əzilən yerim.......
Yaman qorxudub gözümü-
Allahdan üzülən yerim!


Bu dərd ancaq dörd divardı
Hər divarın dərdi vardı....
Yadımdadı- biri vardı-
Boy-boya düzülən yerim!


Ömür deyil bu bir heçdi
İçimdən qasırğa keçdi....
Gecdi daha, yamaq, gecdi-
Ürəyim,-süzülən yerim!