adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Aprel 2017 11:31
4116
SİYASƏT
A- A+

Şimali Koreya rəsmisi: Nüvə müharibəsi hər an başlaya bilər

Şimali Koreyanın BMT yanında daimi nümayəndəsi Kin İn Ren bəyan edib ki, ABŞ-ın Koreya yarımadasındakı əməliyyatları nəticəsində nüvə müharibəsi istənilən an başlaya bilər.

Adalet.az xəbər verir ki, bu barədə o, mətbuat konfransının gedişatında bildirib.

Diplomat ABŞ-ıregionda təhlükəli vəziyyət yaradan addımlardan çəkinməyəçağırıb.

"Pxenyan öz tərəfindən Vaşinqtonun istənilən aqressiv addımlarına qarşı cavab addımı atmağa hazırdır”, - Şimali Koreyanın rəsmisi bəyan edib.

Onun sözlərinə görə, Şimali Koreyaya sanksiyaların tətbiqi ölkənin müstəqilliyinin pozulmasıdır. Oqeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurası ABŞ adından hərəkət edir.