adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Aprel 2017 23:02
3577
İDMAN
A- A+

Yığmamız məğlubiyyətlə başladı

Monteneqronun Podqoritsa şəhərində təşkil olunan 17 yaşadək qızlar arasında UEFA İnkişaf turnirinə start verilib.

Adalet.az-ın məlumatına görə, Azərbaycan millisi ilk turda Bosniya və Herseqovina ilə qarşılaşıb.

Yığmamız turnirə 1:3 hesablı məğlubiyyətlə başlayıb. Millimizin yeganə qoluna Nigar Mirzəliyeva imza atıb.

Qeyd edək ki, aprelin 19-da keçiriləcək növbəti oyunda futbolçularımızın rəqibi Monteneqro yığması olacaq.