adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 Aprel 2017 22:14
4812
DÜNYA
A- A+

Peterburqdakı terrorun təşkilatçısı saxlanıldı

Sankt-Peterburq metrosunda törədilən terror aktının təşkilatçılarından biri ələ keçirilib.

Adalet.az xəbər verir ki, Moskva vilayətinin Odintsov rayonunda Abror Əzimov saxlanılıb.

1990-cı il təvəllüdlü A.Əzimov terror hadisəsini törədən Əkbərjon Cəlilovu terrora hazırlayıb.

Xatırladaq ki, bu il aprelin 3-də Sankt-Peterburq metrosunda partlayış baş verib. Terror aktı nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.