adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Aprel 2017 16:14
2702
GÜNDƏM
A- A+

Azərbaycan əhalisinin sayı - 10 milyona az qaldı

İlin əvvəlindən ölkə əhalisinin sayı 13 min 686 nəfər və yaxud 0,1 faiz artaraq mart ayının 1-i vəziyyətinə 9 milyon 823 min 667 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 113 nəfər olub. Əhalinin ümumi sayının 53 faizi şəhər, 47 faizi isə kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.

Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.