Binəqədi-Novxanı yolu bağlanır
Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 17-dən 18-nə keçən gecədən etibarən sözügedən yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq.
"Azəravtoyol” ASC-dən verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması Binəqədi qəsəbəsi Mehdiabad və Novxanı yollarının kəsişməsində inşa olunan yeni dairədən başlayaraq Novxanı qəsəbəsi Corat və Masazır yollarının kəsişməsinədək olan hissəsində tətbiq olunacaq.
Məhdudiyyət təmir işləri bitənədək qüvvədə saxlanılacaq. Sözügedən yolla hərəkət intensivliyi nəzərə alınaraq işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.
Sürücülərdən alternativ olaraq Novxanı-Masazır yolundan istifadə etməkləri tövsiyə olunur.
Digər Xəbərlər
25 Aprel 2024 11:52
Heç olmasa, Musa Yaqubun xətrinə...
25 Aprel 2024 11:45Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTOLAR
25 Aprel 2024 10:40Vətəndaşlar öz avtomobilləri ilə Laçına gedə biləcəklər
25 Aprel 2024 10:32Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdən
24 Aprel 2024 14:41