adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Aprel 2017 13:15
21986
MƏDƏNİYYƏT
A- A+

Yamaykanın qara aslanı Bob Marli

10 yaşında avtobus sürücüsü atasını itirən, 14 yaşında məktəbi buraxan, 18 yaşında ailəsinin razılığı olmadan evlənən, yoxsulluq, ədalətsizlik və əzablarla dolu bir yaşam hekayəsi...


Hekayənin sonu isə daha çox kədərlidir. Bob Marli, musiqidən sonrakı ən böyük sevgisi olan futbol oynayarkən ayaq barmağında açılan bir yaranı dini inancına görə müalicə etməməsi nəticəsində 36 yaşında həyata əlvida deyir...


Robert Nesta "Bob" Marli - Yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü. Reqqi musiqisinin tanınmasında əvəzsiz rolu olmuş Bob Marley "I shot the sheriff", "Bad Boys", "No Woman, No Cry", "One Love" və s. hitlərin müəllifidir. Məhz reqqi musiqisi onun beynəlxalq müvəffəqiyyətinin sayəsində Yamayka xaricində geniş şöhrət əldə etmişdir. Dillərə dastan olmuş yüzlərcə mahnısı onu reqqi əfsanəsinə çevirmişdir.


"Gerçək budur ki, hər kəs səni incidəcək. Etməyin lazım olan tək şey acı çəkməyə dəyər birini tapmaqdır.”

"Atam mənə dedi ki, mənə etdiyini övladından çəkərsən. Atama dedim ki, atana etməsəydin məndən çəkməzdi.”


Rastafarianizim dinində müqəddəs torpaqlara Zion (bir mənada cənnət) deyilməkdədir. Bu dinin mənsubları saçlarını heç daramazlar və kəsməzlər. Uzanıb gəzən saçlar nəticəsində "Dreadlock” adını verdikləri şəklə bürünərlər. Rastafarianizmin və bu dinə xas "Dreadlock” saç stilinin də dünya tərəfindən tanınmasına vəsilə olmuşdur.


Ailəsininin bütün etirazlarına baxmayaraq, özündən olduqca kiçik bir Afro-Yamaykalı olan Cedella ilə evlənir və 1945-ci ildə, Cedella hələ 18 yaşında ikən, Yamaykanın Nine Mile adlı bir kəndində Nesta Robert Marlini dünyaya gətirir.


Uzun yol kapitanı olan atası, ailəsinə maddi dəstək təmin edir, amma peşəsi səbəbiylə onları tez-tez görə bilmirdi. 1955-ci ildə, Bob hələ 10 yaşında ikən, atası ürək xəstəliyinə görə dünyasını dəyişir.

Yoxsulluq, ümidsizlik və qarışıqlıq dolu bu getto mədəniyyəti, Bobun siyasi baxışlarını şəkilləndirərkən, bir tərəfdən də musiqi bilgisini və istedadını alovlayırdı.


"Fərqini göstər, dəyiş, inkişaf elə, kəşf etməyi kəşf et, böyüklərin içində böyü. Nəticədə tək ol!”


14 yaşında məktəbi buraxan Bob, istəməsə də bir qaynaqçı köməkçisi olur. Qısa bir müddət sonra gözünə batan kiçik bir polad çınqırı, qaynaqçılığı buraxıb özünü tamamilə musiqiyə həsr etməsinə səbəb olur...


"Günəş parıldayır, hava gözəl, ayaqların rəqs etmək istəyir, amma yenə də ağlının bir qırağında dursun: indi kimsələr acı çəkir.”


"Up Stand Up”, mənası "Qalx ayağa, qalx” mahnısı ilə daha sonra isə "No Woman No Cry” "Ağlama qadın, ağlama” mahnılrı ilə dünyaya səs salmağa başlayır...

Bob Marli artıq üsyanın qara bayrağı, irqçiliyin, yoxulluğun, ədalətsizliyin qarşında rəqs edən bir Afro-Yamayka aslanı idi.



Döyüş və istismar əleyhdarı rəftarlarıyla milyonlarla insanın qəlbini feth ederken, mənfəətlərinə tərs düşdüyü adamlar tərəfindən iki dəfə sui-qəsd cəhdinə, bir çox konsertinin baş tutmamasına qarşı çalışılmasına və davamlı susdurulma səylərinə məruz qalır.

Qazandığı ən əhəmiyyətli iki mükafatdan biri 1978-ci ildə Afrikalı insanlara edilən humanitar yardımlara dəstək olduğu üçün Birləşmiş Milletlerin təqdim etdiyi "Barış Medalı” idi. Digəri isə ana vətəni Yamaykanın ən böyük mükafatı "Merit” idi. Təəssüf ki, bu mükafatı əlinə alma şansı olmadı.


"Mən qara adamın tərəfini tutmuram, mən ağ adamın tərəfini tutmuram. Mən Tanrının tərəfini tuturam.”


Reqqi ustası 1977-ci ildə futbol oynayarkən ayaq baş barmağından açılan bir yara səbəbilə dəri xərçəngi (melanoma) olduğu ortaya çıxıb.

O isə ayağında əmələ gəlmiş bədxassəli şişin aradan qaldırılması üçün barmağının kəsilməsinə icazə verməyib. Çünki Rastafarianizm (1930-cu ildə Yamaykada yaranmış, Qədim Misir, xristianlıq və yəhudiliyin qarışığından ibarət din) inancına görə cəsəd məzara bütöv halda basdırılmalıdır, bədənin hər hansı bir üzvünün kəsilməsi qadağandır. Onu hətta bu dinin peyğəmbəri də hesab edirdilər.


1981-ci ildə səhhəti ağırlaşan Marli son günlərini yaşamaq üçün Almaniyadan ölkəsi Yamaykaya təyyarəsilə gedərkən vəziyyəti pisləşib. Təyyarəsi təcili tibbi yardım üçün Mayamiyə enməli olub. "Cedars of Lebanon" xəstəxanasında 1981-ci il mayın 11-i səhəri 36 yaşında dünyasını dəyişib. Marlinin ölüm ayağında olarkən böyük oğlu Zigginin qulağına pıçıldadığı son sözləri isə belə olub: "Həyatı pulla almaq olmur".