adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Aprel 2017 13:08
5470
SİYASƏT
A- A+

TÜRK XALQI CÜMHURBAŞKANLIĞINI SEÇDİ

Əslində Türkiyə çoxdan bu sistemə keçməli idi. Cümhuriyyətin 93 illik bir tarixində 61, ya 62 dəfə hökumət dəyişib. Bu 93-dən də 37 ilini çıxaq, onun 22 ilini Cümhuriyyət Xalq Partiyası tək partiya kimi iqtidarda olub, son 15 ildə də Ədalət və Kalkınma Partiyası. Belə götürsək 56 ildə 61, ya da 62 hökumət gəlib-gedib. Bəzən bir ildə iki dəfə hökumət dəyişib. Hər hökumət dəyişimi də həm iqtisadiyyata, həm də ölkənin xarici siyasətinə müəyyən zərbələr vurur. 2002-ci ildə Demokratik Sol Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının koalisyon hökumətinin yaratdığı böhran da buna ən ciddi misallardan biridi.

Son zamanlar hökumətlər tez-tez dəyişərkən «Ədalət» qəzeti olaraq yazırdıq ki, Türkiyə bu problemlərdən yaxa qurtarmaq üçün cümhurbaşkanlığı sisteminə, yəni bizim dillə desək, prezident üsul-idarəsinə keçməlidi.

16 apreldə xalq sandıq başına getdi və 51,4 faizlə cümhurbaşkanlığına «evet» oyu verdi. Beləliklə, Türkiyə 2019-cu ildən yeni Ana Yasa ilə idarə olunacaq.

Qardaş Türk xalqına başarılar diləyirik. Və inanırıq ki, tezliklə Türkiyə bu siyasi böhrandan qüdrətli bir dövlət kimi çıxacaq.

Tanrı Türkiyəni qorusun!