AQİL ABBAS: Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!

AQİL ABBAS
66532 | 2017-04-18 17:34

PeşəkarFutbol Liqasının prezidenti Ramin Musayevətəşəkkürlər edirik ki, futbol üzrə Azərbaycan Kubokunun final oyununu Naxçıvan şəhərinəsalıb.

Ötənil final oyunu Qəbələdə keçirilmişdi. Həmmöhtəşəm bir açılış izlədik, həm də gözəlbir oyun. Bəlkə də qalibinkim olması önəmli deyil. Əsas odur ki, futbol qalib gəlsin. Qəbələdə də futbolqalib gəldi. Qəbələ həmin gün gözəl bir gün yaşadı.

Naxçıvanda da gözəlbir gün yaşanacaq. Yəqin ki, yenə də möhtəşəm bir açılışın vəgözəl bir oyunun şahidi olacağıq.

Final oyununun Naxçıvanasalınması ilə bağlı sizi qınayanlar var. Haqsızdılar. Əvvəlla, öz komandalarının azarkeşləri dünyadavə eləcə də Avropada bəzən 3-4 min kilometryol qət edib öz doğma komandalarına dəstək vermək üçün gedirlər. Özü də minlərlə azarkeş. Burdan Naxçıvana isə 6-7 saatlıq yoldur,avtobuslar işləyir, təyyarələr də öz yerində. Hələ yol maşınlarını demirəm. Yənikönlü futbol istəyənin Naxçıvana getməsi Qazaxa getməsindən iki saatdan artıq vaxtını alacaq.

İkincisi, Naxçıvanəsrarəngiz bir diyardı. Futbolsevərlər həm də müqəddəs məkanları ziyarət edərlər,ruhları da bir təzələnər. Naxçıvan Nuhunayağının dəydiyi torpaqdı, Nuhun yatdığıtorpaqdı. Yəni peyğəmbər torpağıdı.

Üçüncüsü,Naxçıvanda futbola maraq da artar. Bəlkəbu final oyunundan sonra «Araz» (Naxçıvan)da fikrindən daşındı və yenidən Azərbaycançempionatına qayıtdı. Naxçıvanda həmişə futbololub, Əhməd Ələsgərovun «Araz»ının nailiyyətləri hələ də yadımızdan çıxmayıb. Naxçıvaniqtisadi və mədəni cəhətdən çox sürətlə inkişaf edir. İstərdik ki, bu iqtisadi vəmədəni inkişafa futbolun da inkişafı əlavə olunsun.

Azərbaycanın ikimöhtəşəm komandası – «Qarabağ» və «Qəbələ»Naxçıvana bir futbol həyəcanı yaşadacaq. Təbii ki, mən «Qarabağ»ı dəstəkləyirəm,amma hər iki komandaya uğurlar arzulayıram. Yuxarıda qeyd etdiyim kimi, kimin qalib gələcəyi önəmli deyil, əsas futbolun qalib gəlməsiönəmlidi.

Naxçıvanda da futbolqalib gələcək!

Təkcə «Qarabağ»ınvə «Qəbələ»nin azarkeşlərini deyil, bütünfutbolsevərləri Naxçıvanda stadionda görmək ümidi ilə!

İnşallah, Naxçıvandagörüşərik!


TƏQVİM / ARXİV