adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Aprel 2017 13:02
5073
İDMAN
A- A+

«QARABAĞ» KLUBUNUN BAŞ MƏŞQÇİSİ QURBAN QURBANOVA

Qardaşım Qurban!

Təkcə ağdamlıların və qarabağlıların yox, eləcə də bütün xalqımızın sevimli komandası olan «Qarabağ»ın Azərbaycan çempionu olması münasibətilə sizi, başda Tahir Gözəl bəy olmaqla komandanın bütün kollektivini səmimi qəlbdən təbrik edirəm. Bizlərə daha bir sevinc yaşatdınız.

Mən, eləcə də bütün xalqımız «Qarabağ»ın doğma Ağdamda, Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Mehralı xanın, Xan qızı Natəvanın uyuduğu müqəddəs İmarətdə hələ neçə-neçə çempionluğa imza atacağına, Avropa kuboklarını İmarətə daşıyacağına Tanrıya inandığımız qədər inanıram.

Sizə və komandamıza daha böyük başarılar diləyirik.

Tanrı yardımçınız olsun!

Aqil ABBAS,

«Qarabağ» komandasının sıravi üzvü