adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Aprel 2017 11:47
10319
ELM VƏ TƏHSİL
A- A+

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2-ci SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumun Proqram Komitəsinin iclası keçirilib. Forum 25-28 aprel 2017-ci il tarixlərində Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın Confidence Capital Ltd şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək.


BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, iclasda Forumun Proqram Komitəsinin sədri, BANM-in rektoru Elmar Qasımov və sözügedən Komitənin həmsədri, Confidence Capital Ltd şirkətinin baş direktoru Andrey Rudenko iştirak ediblər. Görüşdə qeyd olunub ki, 2-ci SOCAR Beynəlxalq Forumu beynəlxalq maraq doğurur. Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirinə öz iştiraklarını 15 ölkədən artıq iştirakçılar təsdiq edib. Onların arasında Azərbaycan, Avstriya, Belorus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Kipr, Litva, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, ABŞ, Ukrayna, İsveçrə və digər ölkələrinin 100-dən artıq nümayəndəsi Foruma qoşulacaqlar.


Forumda SOCAR-ın aparıcı struktur bölmələrin rəhbərlərinin iştirakı, o cümlədən Qaz İxrac İdarəsi, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Sərmayələr İdarəsi və SOCAR-ın Ceneva şəhərində yerləşən bölmələrinin və SOCAR-Ukrayna rəhbərliyinin nümayəndələrin iştirakı gözlənilir.
Proqram Komitəsinin iclasında 2-ci SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumunun təşkilatı məsələlərinin müzakirəsi keçirilib.