adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Aprel 2017 11:41
3050
SAĞLAMLIQ
A- A+

Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb

"Hemofiliya Mərkəzində hazırda 1554 xəstə dispanser qeydiyyatındadır”.

Bunu Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova deyib. Onun sözlərinə görə, bu gün dünya üzrə 400.000-dən çox hemofiliyalı xəstə var:

"Azərbaycan bu problemdən kənarda qalmayıb. Mərkəzdə hər il 50-60 nəfərdən çox hemofiliyalı xəstələrdə müxtəlif böyük və kiçik cərrahi əməliyyatlar həyata keçirilir. 2016-ci ildə 1541 hemofilialı xəstə qeydiyyatda olub. İldə 40-50 xəstə qeydiyyata götürülür. 69 nəfər keçən il Mərkəzdə ilk dəfə qeydiyyata götürülüb. Bu xəstələrin nisbi artması diaqnozun düzgün qoyulması ilə bağlıdır. Hemofiliyalı xəstələrin 25 faizi 1-5 yaşında uşaqlardır. Hemofiliyalı xəstələr ən çox Bakı, Sumqayıt və Mərkəzi Aran rayonlarındadır”.

E.Qədimova qeyd edib ki, bu xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatları ölkəyə gətirilir. "Dünyada 80% xəstələr lazımi dərman preparatları ilə təmin olunmur. Lakin 20% ölkələr hemofiliyalı xəstələri lazımi dərman preparatları ilə təmin edir. Azərbaycan da bu 20%-ə daxil olunub. Bu gün bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da tibbi göstərişlər əsasında hemofiliyalı xəstələr müxtəlif növ müalicə alırlar: ev şəraitində, ambulator və stasionar müalicələrlə yanaşı, I və II profilaktika”